Məktəbəqədər hazırlıq qruplarına qoşulmayan uşaqlar birinci sinfə qəbul olunurmu? – Rəsmi AÇIQLAMA 

Məktəbəqədər hazırlıq qruplarına qoşulmayan uşaqlar birinci sinfə qəbul olunurmu? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Məktəbəqədər hazırlıq qruplarına qoşulmayan uşaqlar birinci sinfə qəbul olunurmu? – Rəsmi AÇIQLAMA 

201736

2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün iyul ayının 11-dən başlayan qeydiyyat davam edir. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi iyulun 16-sı saat 11:00-da, tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə məktəb və müəllim seçimi isə iyulun 18-i saat 11:00-da aktiv ediləcək.

Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Artıq bir neçə ildir 5 yaşlılar məktəbəhazırlıq qruplarına cəlb edilirlər. Hazırlıq qruplarında təhsil almaq məktəbyaşlı uşaqların məktəbə daha hazırlıqlı olmalarına kömək edir.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlanır


Bəs müxtəlif səbəblərdən məktəbəqədər hazırlıq qruplarına qoşulmayan uşaqlar birinci sinfə qəbul olurmu? Ümumiyyətlə, məktəbəqədər hazırlıq qrupundan imtina edən, yayınma halları yaşanıb? Səhhətinə görə yayınanlara fərdi dərslər keçirilir?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 

“Məktəbəhazırlıq qrupları icbari xarakter daşımır. Valideynlər könüllü şəkildə uşaqlarını məktəbəhazırlıq qruplarına yazdıra bilərlər. Məktəbəhazırlıq qrupuna qoşulmayan uşaqlar birinci sinfə qəbul zamanı sorğularını sistemdə yerləşdirə bilirlər”.
Məlumatda qeyd edilib ki, 5 yaşlıların təhsli icbari olmadığı üçün fərdi dərslər də onlara aid edilmir.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO