İlham Əliyevin Pakistan Prezidenti ilə geniş tərkibdə görüşü KEÇİRİLDİ - FOTO/VİDEO

İlham Əliyevin Pakistan Prezidenti ilə geniş tərkibdə görüşü KEÇİRİLDİ - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyevin Pakistan Prezidenti ilə geniş tərkibdə görüşü KEÇİRİLDİ - FOTO/VİDEO

201675

İyulun 12-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub. 

Bizim.Media xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. 

Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə topraqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirilib. 
Hazırda ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. 

Prezident Asif Əli Zərdari Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Dövlət başçısı Pakistan Prezidentini COP29-a dəvət edib. 

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 
 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO