Aslan Hüseynovun ölümü ilə bağlı araşdırma aparılır - RƏSMİ

Aslan Hüseynovun ölümü ilə bağlı araşdırma aparılır - RƏSMİ

Hazırda oxunan: Aslan Hüseynovun ölümü ilə bağlı araşdırma aparılır - RƏSMİ

20156

Daxili İşlər Nazirliyi (DİN) müğənni Aslan Hüseynovun öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, mayın 4-də saat 5 radələrində Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhər sakini Aslan Hüseynov (müğənni) idarə etdiyi BMW markalı avtomobili qarşıda gedən paytaxt sakini G.Bəşirovun idarə etdiyi “KamAZ” markalı yük avtomobilinə vurub.

Nəticədə A.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO