Hacıqabulda elektrik dirəklərini oğurlayan şəxs TUTULDU - FOTO

Hacıqabulda elektrik dirəklərini oğurlayan şəxs TUTULDU - FOTO

Hazırda oxunan: Hacıqabulda elektrik dirəklərini oğurlayan şəxs TUTULDU - FOTO

201492

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrik dirəyini oğurlayan Dilqəm Yusifov saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onun bir müddət əvvəl rayon ərazisindən QSC-yə məxsus daha 3 elektrik dirəyini oğurladığı və bununla da quruma 18000 manatdan artıq maddi ziyan vurduğu məlum olub. D.Yusifov oğurladığı elektrik dirəklərini əlvan metalların qəbulu məntəqəsinə satıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO