Azərbaycan şahmatçısı: Olimpiadadan medalla qayıdacağıq

Azərbaycan şahmatçısı: Olimpiadadan medalla qayıdacağıq

Hazırda oxunan: Azərbaycan şahmatçısı: Olimpiadadan medalla qayıdacağıq

201242

“Məşqlərimiz gərgin şəkildə davam edir. Azərbaycan Şahmat Federasiyası da bizimlə işləmək üçün məşqçilər təyin edib”.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın qadın şahmatçısı Gövhər Beydullayeva Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadası barədə danışarkən deyib.

Gənc şahmatçı yarışa yüksək hədəflərlə yollanacaqlarını bildirib:

“Bizə olan ümidləri doğrultmaq istəyirik. Həm qadın, həm də kişi komandasına çox inanıram. Ümid edirəm ki, Azərbaycana medalla qayıdacağıq”.

İti zəka sahibinin fikrincə, komanda yarışlarının məsuliyyəti daha böyük olur:

“Çünki burada əldə edəcəyin müsbət və ya mənfi nəticə komandanın ümumu reytinqinə birbaşa təsir edir. Ona görə də Olimpiadaya daha ciddi yanaşaraq, uğurlu çıxış etmək istəyirik”.
 

G.Beydullayeva Şahmat Olimpiadasına yaxın gündəlik rejimində dəyişiklik edəcəyini vurğulayıb:

“Əlbəttə ki, Olimpiada ərəfəsində qida və yuxu rejiminə diqqət yetirəcəyik. Ən əsası, oyunlardan əvvəl çox yemək qəbul etməməliyik. Bu, oyun zamanı yuxu gətirə bilər. Mən özüm də gündəlik məşq saatı seçmişəm. Lakin ağır məşqlər yarış zamanı yorğunluq hiss etdirə bilər”.

“Baku Open 2024” beynəlxalq şahmat festivalında iştirak edə bilməməsinə də toxunan qrosmeyster bunun səhhəti ilə bağlı olduğunu söyləyib.

Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanı kişilər arasında Teymur Rəcəbov (kapitan), Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abbasov, Məhəməd Muradlı və Aydın Süleymanlı, qadınlarda isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədzadə təmsil edəcəklər.
Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 10-dan 23-dək keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO