Ərdoğan:

Ərdoğan: "NATO-dan istədiyimizi ala bilmədik"

Hazırda oxunan: Ərdoğan: "NATO-dan istədiyimizi ala bilmədik"

201223

Türkiyə Qəzzada atəşkəslə bağlı danışıqların inkişafını səbirlə izləyir və nəticəyə ümid edir. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçiriləcək NATO sammitinə uçmazdan əvvəl Ankara hava limanında jurnalistlərə deyib.

"Qətərin paytaxtı Dohada İsrail-Fələstin məsələsi ilə bağlı ciddi danışıqlar aparılıb. Müəyyən müsbət addımlar atılıb, lakin o vaxtdan bu addımlar tamamlanmayıb. Prosesi səbirlə izləyirik. Ümid edirəm ki, tezliklə nəticə əldə edəcəyik. Biz buna ümid edirik" – Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, Ankara NATO-dan Qəzzadakı vəziyyətə "arzu olunan reaksiyanı" almayıb:

"İsrail və Fələstin məsələsində NATO-dan istədiyimizi ala bilmədik. Düşünürəm ki, ABŞ-dakı görüşdə bu məsələni yenidən gündəmə gətirəcəyik və gözlədiyimiz nəticəni əldə edəcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO