Filarmoniyadakı əməliyyatla bağlı rəsmi açıqlama: HƏBS EDİLƏN VAR 

Filarmoniyadakı əməliyyatla bağlı rəsmi açıqlama: HƏBS EDİLƏN VAR 

Hazırda oxunan: Filarmoniyadakı əməliyyatla bağlı rəsmi açıqlama: HƏBS EDİLƏN VAR 

201166

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, aparılmış istintaq tədbirləri nəticəsində etibar edilmiş külli miqdarda özgə əmlakını talama, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi, külli miqdarda rüşvət alma və vəzifəli şəxs tərəfindən tamah və sair niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi kimi cinayətlərin əlamətlərini əks etdirən kifayət qədər dəlillərin olması nəzərə alınaraq fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.1, 311.3.3 və 313-cü maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işinin istintaqı zamanı Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov barəsində məhkəmənin qərarı ilə 5 iyul tarixində həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO