“Beşiktaş” italiyalı hücumçu ilə danışıq aparır

“Beşiktaş” italiyalı hücumçu ilə danışıq aparır

Hazırda oxunan: “Beşiktaş” italiyalı hücumçu ilə danışıq aparır

201118

Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Latsio"da çıxış edən Ciro İmmobileni transfer etməyə yaxındır. Bu barədə yerli mətbuat məlumat yayıb.

Klublar arasında razılıq əldə olunduğu bildirilir. İtalyan forvard qarşıdakı günlərdə Türkiyəyə gedərək 2 illik müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, "Latsio" Ciro İmmobileni 2016-cı ilin yayında "Sevilya"dan transfer edib. 34 yaşlı hücumçu ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO