Rayonlarda kilosu 50 qəpiyə olan xiyar niyə Bakıda 2 manatadır? - Qiymət fərqinə SƏBƏB  

Rayonlarda kilosu 50 qəpiyə olan xiyar niyə Bakıda 2 manatadır? - Qiymət fərqinə SƏBƏB  

Hazırda oxunan: Rayonlarda kilosu 50 qəpiyə olan xiyar niyə Bakıda 2 manatadır? - Qiymət fərqinə SƏBƏB  

201044

Yay aylarında adətən ucuz satılan kənd təssərrüfatı məhsulları paytaxt bazarlarında alıcılara baha qiymətə təklif olunur. Bölgələrdə aşağı qiymətə olan tərəvəz bitkiləri və meyvələr paytaxtda bəzən ikiqat və daha artıq qiymətə satılır.

Paytaxt bazarında xiyarın bir kiloqramı 2 manatdırsa, bölgələrdə bu tərəvəzin qiyməti 50-70 qəpik arasında dəyişir. Eyni fərq pomidor və digər kənd təssərrüfatı məhsullarına da aiddir. 
 

MÖVZU İLƏ BAĞLI:

Alça, gilas və albalı mövsümünə görə niyə BAHADIR? – SƏBƏBLƏR


Həmçinin, mövsümü meyvələrin də qiyməti arasında kəskin fərq var. Belə ki, bölgələrdə kiloqramı 1-2 manata təklif olunan gilasın paytaxtda qiyməti 7 manatdan başlayır. 

Bəs bunun səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan kənd sahəsi üzrə ekspert Akif Nəsirli deyib ki, fermerin bazara əlçatanlığı aşağı səviyyədədir:

“Fermer məhsulunu öz tarlasında satır. Ona görə də böyük fərq yaranır. Fermer tarlasında məhsulu 50 qəpiyə satırsa, Bakıya məhsulunu gətirib satsa, hesabla ona hər kiloqramdan cəmi 30-40 qəpik gəlir qalacaq. Ona görə də durum belə olur. Hər kənd təsərrüfatı məhsulları mövsümündə məhsullar bölgələrdə ucuz, paytaxtda isə baha olur”.

Onun sözlərinə görə, qiymət arasındakı ciddi fərq hər məhsula aid deyil:

“Bəzi məhsullarda bu fərq azdır. Son 3 gün ərzində Beyləqanda müşahidə elədim ki, qarpızın kiloqramı 30-40 qəpiyə təklif olunur. İki-üç nöqtədən aldım və bəzisində 30, bəzisində 40 qəpiyə satılırdı. Bakıda da qarpız elə 40-50 qəpikdi. Yəni belə məhsullarda fərq azalır. Harda, hansı məhsulun ucuz və baha olması ilə bağlı xüsusi araşdırma aparmamışam. Onu da qeyd edim ki, qiyməti ucuz olan keyfiyyətcə yaxşı deyildi”. 

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO