XİN kollektivi Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO

XİN kollektivi Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO

Hazırda oxunan: XİN kollektivi Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO

201039

9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində 8 iyul 2024-cü il tarixində Xarici İşlər Nazirliyinin heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı XİN-in mətbuat xidməti yayıb.

Mənbə yazır ki, Fəxri Xiyabana ziyarət çərçivəsində xalqımızın Ümummilli Lideri, dövlətçilik və diplomatiya tariximizdə misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Şəhidlər Xiyabanına ziyarət zamanı ərazi bütövlüyü və suverenliyimiz uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsinə ucaldılan "Əbədi məşəl" abidəsinin qarşısına əklil qoyulub, Şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, əziz xatirələri dərin hörmətlə anılıb.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO