Rza Talibi: “Pezeşkianın prezident seçilməsi Bakı-Tehran münasibətlərinin inkişafına şərait yaradacaq” – ÖZƏL

Rza Talibi: “Pezeşkianın prezident seçilməsi Bakı-Tehran münasibətlərinin inkişafına şərait yaradacaq” – ÖZƏL

Hazırda oxunan: Rza Talibi: “Pezeşkianın prezident seçilməsi Bakı-Tehran münasibətlərinin inkişafına şərait yaradacaq” – ÖZƏL

201023

“Pezeşkianın Prezident seçilməsi Azərbaycana qarşı keçmişdəki radikal siyasətin olmayacağını deməyə əsas verir. Bakı-Tehran münasibətləri daha da yaxşılaşacaq”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Cənubi azərbaycanlı politoloq Rza Talibi deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İranın yeni prezidenti nə vaxt and içəcək? - RƏSMİ AÇIQLAMA


İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın bundan sonra İran tarixində hansı izlər buraxacağını şərh edən politoloq, Qərblə İran arasındakı münasibətlərin normallaşacağını bildirib.

İranda dəfələrlə türk əsilli prezidentlər seçilib

“Pezeşkianın sadəcə türk olması ilə bundan sonrakı siyasətinin necə olacağını aydınlaşdırmaq çox da düzgün deyil. İranda dəfələrlə Türk əsilli prezidentlər seçilib. Hətta İranın Ali dini lideri də onların içərisindədir. Əsas məsələ idarəetmədəki metodu və düşüncələridir. Pezeşkianın uğuru İran içərisində olub, kənarda qalanları siyasətə daxil etməsi idi. Yüzdə 50-lik boykot var.

Onları da razı salmalıdır. Lakin xarici siyasət tam fərqlidir. Pezeşkianın heyəti onu deməyə əsas verir ki, Qərblə münasibətlərin yaxşı olması prioritetdir. Həmçinin bölgədə qonşu ölkələrlə də yaxşı münasibət quracaqlar. Bu, sözdə olmalı deyil. Çünki xarici və yerli müdaxilə aktorları var. Bütün bunlar siyasəti müəyyənləşdirir”, - deyə R.Talibi qeyd edib.

Bakı-Tehran münasibətləri necə olacaq? 

İran-Azərbaycan münasibətlərinə də toxunan Talibi, Bakı-Tehran münasibətlərində yüksəlişin olacağına əminlik ifadə edib.

“Azərbaycanla münasibətlər isə daha da yaxşı olacaq. Çünki Azərbaycanla yaxşı münasibətlərdə Moskvanın da rolu böyükdür. Balans daha da önəmli olacaq. Lakin Azərbaycana qarşı keçmişdəki radikal siyasət olmayacaq. Azərbaycan-İran münasibətləri daha da inkişaf edə bilər. Tarixə nəzər yetirəndə görürük ki, Bakı-Tehran münasibətləri enişli-çıxışlı olub. Lakin bu münasibətlər bir müddət sonra qaydasına düşüb Bu, hər zaman belə olub. Sözsüz ki, Türk kimliyi də münasibətlərin müsbət dinamikasına dəstək verəcək”. 

İranda pozulan insan haqları...

İranda pozulan insan haqlarına diqqət çəkən politoloq, digər dövlətlərin siyasətindən fərqli olaraq, İranda sözügedən proseslərin başqa cür işlədiyini deyib.

“İnsanda insan haqlarının pozulmasının bundan sonra düzələcəyinə isə inanmıram. Çünki insan haqları məsələsi İran qanunlarına bağlıdır. Bu işdə Daxili İşlər Nazirliyi daha aktivdir. Daxili işlər naziri Ali dini lider tərəfindən seçilir. Polisin başında dayananların prezidentlə əlaqəsi olur, ondan asılı olmur. Lakin Prezident güc göstərib təsirini artıra bilər. Verdiyi qanunlar, layihələr müəyyən dönüş nöqtəsi yarada bilər. Lakin ciddi bir dəyişiklik gözlənilmir”, - deyə R.Talibi əlavə edib.

Tehran Orucoğıu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO