Bakıda I sinfə qəbulla bağlı 37 min 871 sorğu yerləşdirilib - RƏSMİ

Bakıda I sinfə qəbulla bağlı 37 min 871 sorğu yerləşdirilib - RƏSMİ

Hazırda oxunan: Bakıda I sinfə qəbulla bağlı 37 min 871 sorğu yerləşdirilib - RƏSMİ

201012

İyulun 8-nə (saat 11:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 37 min 871 uşaq üçün elektron sistem vasitəsilə sorğu yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bizim.Media-ya bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 6068 müraciət operativ şəkildə cavablandırılıb. 

Daxil olan müraciətlərdən 2139-u alternativ qeydiyyat mərkəzlərində, 111-i onlayn alternativ qeydiyyat mərkəzlərində (vatsap müraciətləri), 2784-ü sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 1034 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.
Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-nə qədər davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə, eləcə də 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edə bilərlər.

Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir.

Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə vatsap vasitəsilə (+994 70 996 76 63, +994 70 996 36 62, +994 70 996 46 68) müraciətlərinin cavablandırılması üçün müvafiq işçi qrupları tərəfindən də zəruri kömək göstərilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO