Çin Azərbaycana nə qədər investisiya qoyub? - RƏSMİ

Çin Azərbaycana nə qədər investisiya qoyub? - RƏSMİ

Hazırda oxunan: Çin Azərbaycana nə qədər investisiya qoyub? - RƏSMİ

200992

1995-2023-cü illərdə Çin Azərbaycana 930,8 miyon ABŞ dolları birbaşa investisiya yatırıb.

Bizim.Media xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda bildirib.

Onun sözlərinə görə, bunun 754,1 milyon ABŞ dolları neft-qaz, 176,7 milyon ABŞ dolları isə qeyri-neft-qaz sektoruna yatırılıb.

"Hazırda ölkəmizdə 245 Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində aktiv fəaliyyət göstərir", - deyə icraçı direktor qeyd edib.
"Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu ilin yanvar -may aylarında iki ölkənin ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 26 % artaraq 1,3 milyard ABŞ dolları təşkil edib", - deyə Y.Abdullayev əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO