Ağamirzə: ““Rəşad Dağlı bir nömrəli meyxanaçıdır” deməyimə görə həmkarlarım məndən incidi”

Ağamirzə: ““Rəşad Dağlı bir nömrəli meyxanaçıdır” deməyimə görə həmkarlarım məndən incidi”

Hazırda oxunan: Ağamirzə: ““Rəşad Dağlı bir nömrəli meyxanaçıdır” deməyimə görə həmkarlarım məndən incidi”

200981

Meyxanaçı Ağamirzə Məmmədov hazırda həbsdə olan Rəşad Dağlı haqqında söylədiyi “Rəşad Dağlı bir nömrəli meyxanaçıdır” açıqlamasına aydınlıq gətirib. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Zarafat bir yana” verilişində danışıb. 

“İndi heç kim! Rəşad Dağlı meyxana sənətində o qədər yuxarıdadır ki, o yerə yaxınlaşan yoxdur. Bugünkü gün yoxdur.

Ola bilər ki, bir aydan sonra deyim ki, filan meyxanaçıdır. Gənclər arasında 5-6 nəfər var ki, onlar çox yaxşı meyxana deyirlər. O siyahıda Baləli, Ruslan, Elşən Balaxanı, Cahankeş də var. Ad çəkəndə məndən digər həmkarlarım inciyir. Deyirlər ki, onların adlarını dedin, mənim adımı çəkmədin. O zaman da məndən incimişdilər ki, Rəşad Dağlının da adını çəkib söyləmişdin ki, o birincidir.
Mən o qədər insanlarla pis olmuşam ki... Demişəm ki, dost yoxdur. Çox insanlar məndən inciyib. Mən öz payıma danışıram. Dost bir yerə qədərdir. Kiçik problemin olsa, səndən qaçacaqlar. Bu mənim düşüncəmdir. Qardaş da, bacı da, ata da, ana da bir yerə qədərdir... Dost Allahdır! Başqa dost axtarmayın”, - deyə Ağamirzə vurğulayıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO