Türkiyədə 61 yaşlı kişi ailəsinin 3 üzvünü qətlə yetirib.
Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında Malatyanın Argüvan rayonunda baş verib.
Belə ki, ruhi əsəb xəstəsi İ.B. yuxuda olan həyat yoldaşı 64 yaşlı Songül Budak, 33 yaşlı qızı Cansu Aslan və 5 yaşlı nəvəsi Buğlem Aslanı güllələdikdən sonra intihara cəhd edib.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb edilib. Həkimlər müayinə zamanı Songül Budak, Cansu Aslan və Buğlem Aslanın öldüyünü müəyyən ediblər. Yaralı xəstəxanaya, həyatını itirənlərin cəsədləri isə məhkəmə tibb müəssisəsinə göndərilib.
Faktla bağlı araşdırma davam edir.
Bizim.Media