Viktor Orban Pekinə yola düşüb?

Viktor Orban Pekinə yola düşüb?

Hazırda oxunan: Viktor Orban Pekinə yola düşüb?

200938

Macarıstanın baş naziri Viktor Orbanın Çinə səfər edəcəyi və bazar ertəsi Pekinə gələcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, bu iddialar Macarıstanın “444.hu” portalı tərəfindən dərc olunub.

Mənbə yazır ki, bundan əvvəl Orban Ukraynada, Rusiyada və iyulun 6-da Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin keçirildiyi Azərbaycanda səfərdə olub. 

İndi isə o, Pekinə gedir və orada bazar ertəsi səhər tezdən olacaq.

Macarıstan hökuməti hələlik məlumatı təsdiqləməyib. 

Saytın yazdığına görə, Baş nazirin təyyarəsi “Dassault Falcon 7X” artıq Budapeşti tərk edib və Pekinə tərəf uçur. 

Orbanın da laynerdə olduğu ehtimal olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO