Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev krallığın xarici işlər nazirinin müavini Əbdülkərim Əl-Xurayci ilə iki ölkə arasında ikitərəfli münasibətləri müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Yaxın Şərq ölkəsinin xarici siyasət idarəsi məlumat yayıb.
“Xarici işlər nazirinin müavini, mühəndis Vəlid bin Əbdülkərim Əl-Xurayci bu gün nazirliyin Ər-Riyaddakı ofisində Azərbaycan Respublikasının Krallıqdakı səfiri Şahin Abdullayevi qəbul edib”, – məlumatda diqqətə çatdırılıb.
Bildirilib ki, görüşdə “iki ölkə arasında ikitərəfli münasibətlər və onların bütün sahələrdə möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolları müzakirə olunub, habelə qarşılıqlı maraq doğuran mövzulara toxunulub”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
02:38 / 08.07.2024
Səfirimiz Səudiyyənin XİN başçısının müavini ilə nəyi müzakirə etdi?
Hazırda oxunan: Səfirimiz Səudiyyənin XİN başçısının müavini ilə nəyi müzakirə etdi?
Hazırda oxunan: Səfirimiz Səudiyyənin XİN başçısının müavini ilə nəyi müzakirə etdi?
200925
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.