İranda seçkilərin nəticələri təsdiqləndi - Xameneiyə təqdim olunacaq

İranda seçkilərin nəticələri təsdiqləndi - Xameneiyə təqdim olunacaq

Hazırda oxunan: İranda seçkilərin nəticələri təsdiqləndi - Xameneiyə təqdim olunacaq

200923

İran İslam Respublikası Konstitusiyasının Keşikçilər Şurası prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu haqda İRNA məlumat yayıb.

Şura nümayəndəsi Hadi Tahan Nazif bildirib ki, prezident seçkilərinin ikinci turunda bülletenlərin yoxlanılması başa çatıb:

“İkinci turda iştirak edənlərdən heç biri şikayət etməyib.

Seçkilərin nəticələri təsdiq olunmaq üçün İran İslam Respublikasının dini rəhbəri Ayətullah Əli Xameneiyə təqdim olunacaq”.

Xatırladaq ki, iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycan türkü, islahatçı Məsud Pezeşkian rəqibi Səid Cəliliyə qalib gələrək, prezident seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO