Azərbaycanı Olimpiadada təmsil edəcək şahmatçılar - SİYAHI

Azərbaycanı Olimpiadada təmsil edəcək şahmatçılar - SİYAHI

Hazırda oxunan: Azərbaycanı Olimpiadada təmsil edəcək şahmatçılar - SİYAHI

200922

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan təmsilçiləri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, mötəbər yarışda ölkəmizi kişilərdə 6, qadınlarda isə 5 iti zəka sahibi təmsil edəcək: 

“Kişilərdə Teymur Rəcəbovun iştirakı yenilik olacaq. O, həmçinin komandanın kapitanı kimi çıxış edəcək. Kollektivdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abbasov, Məhkəməd Muradlı və Aydın Süleymanlı da yer alacaq. 

Qadınlarda isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədzadə medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 10-dan 23-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO