“Araz Naxçıvan” Felipe Santosu transfer etdi

“Araz Naxçıvan” Felipe Santosu transfer etdi

Hazırda oxunan: “Araz Naxçıvan” Felipe Santosu transfer etdi

200864

"Araz-Naxçıvan" növbəti transferini həyata keçirib.

Bizim.Media xəbər verir ki, Muxtar Respublika təmsilçisi Felipe Santosu Azərbaycana qaytarıb.

"Hapoel"in yarımmüdafiəçisi ilə birillik müqavilə imzalanıb. Ötən ilin yayında "Qəbələ"dən Hayfa təmsilçisinə yollanmış braziliyalı, beləcə, ikinci dəfə Azərbaycana dönüb. İlk dəfə 2022-ci ildə ölkəmizə gəlmiş yarımmüdafiəçi "Keşlə" (indiki "Şamaxı") və "Qəbələ"də forma geyinib.

“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Urfan Abbasov, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə, Karlos Jatoba və Bəxtiyar Həsənalızadəni heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və, Miço Küzmanoviçlə müqaviləni yeniləyib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO