III Milli Yaylaq Festivalı xarici qonaqların gözü ilə - FOTO

III Milli Yaylaq Festivalı xarici qonaqların gözü ilə - FOTO

Hazırda oxunan: III Milli Yaylaq Festivalı xarici qonaqların gözü ilə - FOTO

200841

Göygöl rayonunda start götürən III Milli Yaylaq Festivalının ikinci günü də çox maraqlı və yaddaqalan keçib.

Bizim.Media-nın Göygöl rayonuna, Xan Yaylağına ezam olunmuş yerli bürosunun məluatına görə, festival çərçivəsində müxtəlif millətlərin nümayəndələri hazırladıqları folklor nümunələrini, müsiqilərini, adət-ənələrini gələn qonaqlara nümayiş etdiriblər. Təşkilatçılar tərəfindən qonaqlar üçün tikilən yurdlar, yaradılan şərait hər kəsin ürəyincədir.

Festivalda 20 dövlətdən 150-ə yaxın nümayəndə iştirak edir. Əsəsən türkdülli dövlətlərin nümayəndələri olan qonaqlar bu kimi tədbirlərin keçirilməsinin qardaş xalqlar arasında əlaqələrin daha da yaxınlaşmasına, mehribanlaşmasına xidmət etdiyini deyiblər.

Qazaxıstanlı jurnalist Kayrat Turan Azərbaycanda ilk dəfə olduğunu, harada oldularsa ancaq böyük sevgi və hörmət gördüyünü bildirib:

“Hələ Xan Yaylağına gələnə qədər Gəncədə qonaq olduq. İnsanlar o qədər bizə doğma yanaşırdılar ki, biz bir ailədən, qardaş dövlətlətdən olduğumuzu hiss elədik. Gəncədə əsasən tarixi abidələr və binalar, yaşıllıqlar könül oxşayır. Şəhəri gəzəndə, insanlarla ünsiyyətdə olanda hiss etdik ki, biz nə qədər bir-birimizə doğma xalqlarıq. Mağazaya getməli idik. Biz yaşlı kişiyə yaxınlaşıb öz dilimizdə ondan soruşduq. O da bizi çox yaxşı başa düşdü və həmin yerə bizi özü apardı. Bu, bütün bizimlə gələn nümayəndə heyətini yaxşı mənada təəcübləndirdi”.

Kayrat Turan türkdilli xalqların uyğun adət-ənənələrinin, mədəniyyətlərinin, folklarının olduğunu da vurğulayıb:

“Yaylaq festivalında bir araya gələn türkdülli dövlətlər qardaşıq. Bir qədər öncə Azərbaycan, Qırğız, Özbək, Uyğur və digər qardaşlarımızla birgə şəkil çəkdirdik. Mehribanlıq və səmiyyət çox gözəldir. Mən hesab edirəm ki, biz qardaşların birgə ümumi bir əlifbası olsa bir nəsil keçdikdən sonra hamımız bir dildə danışaraq və bir yumruq kimi olarıq”.




























Məqsəd Rəhimov, Bizim.Media, Göygöl. Yaylaq festivalı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO