Hakan Fidan Şuşadakı qeyri-rəsmi Zirvə görüşünə görə Azərbaycanı TƏBRİK ETDİ - FOTO

Hakan Fidan Şuşadakı qeyri-rəsmi Zirvə görüşünə görə Azərbaycanı TƏBRİK ETDİ - FOTO

Hazırda oxunan: Hakan Fidan Şuşadakı qeyri-rəsmi Zirvə görüşünə görə Azərbaycanı TƏBRİK ETDİ - FOTO

200822

Türkyənin xarici işlər naziri Hakan Fidan Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü ilə əlaqədar olaraq təbrik edib.

Bizim.Media xəbər verir ki, Fidan bu barədə rəsmi “X” hesabında paylaşım edib.

“Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü münasibətilə olduğumuz Şuşada Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etdik, həmkarlarımızla ikitərəfli görüşlər keçirdik.

İnanıram ki, görüşlərimiz regional əməkdaşlıq barədə məlumatlılığımızı gücləndirəcək, coğrafiyamızda qlobal güc rəqabətinin qarşısını almaq üçün qardaşlarımızla birliyimizi gücləndirəcək.

Balkan yarımadası, Şərqi Avropada, Yaxın Şərqdə, Əfqanıstanda və dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımıza kimliklərini qoruyub saxlamağa yardım etmək bizim tariximiz qarşısında məsuliyyətimizdir.

Təşkilatımızın Şimali Kipr Türk Respublikasına göstərəcəyi dəstək, adadakı reallıqlara əsaslanan ədalətli, qalıcı və davamlı həll üçün böyük əhəmiyyət kəsb edir.

Can Azərbaycanı Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə uğurla ev sahibliyi etdiyinə görə ürəkdən təbrik edirəm və fürsətdən istifadə edərək bir daha vurğulamaq istərdim ki, Türk dünyasının bütün mədəni dəyərlərini və simvollarını bundan sonra da güclü şəkildə qoruyacağıq”, - deyə nazir qeyd edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO