Naxçıvanda baş verən qətlin TƏFƏRRÜATLARI

Naxçıvanda baş verən qətlin TƏFƏRRÜATLARI

Hazırda oxunan: Naxçıvanda baş verən qətlin TƏFƏRRÜATLARI

200812

İyunun 29-da bir nəfər Naxçıvan şəhər  Tumbul kənd sakininin kəsici-deşici alətlə vurularaq ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya Naxçıvan Muxtar Respublikası  Prokurorluğundan bildirilib.

Araşdırmalarla Naxçıvan şəhər Tumbul kənd sakini 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlunun şəxsi münasibətlər zəminində həmkəndlisi və qohumu 1993-cü il təvəllüdlü Abdullayev Rahib Əsgər oğluna kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürdükdən dərhal sonra Türkiyə Respublikasına qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Şəxsin tutulması istiqamətindəTürkiyə Respublikasının hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq həyata keçirilib və Kərim Hüseynov bu gün Sədərək gömrük postundan Naxçıvan Muxtar Respublikası hüquq-mühafizə orqanlarına təhvil verilib.
Kərim Hüseynov prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO