Hakan Fidandan TƏKLİF: “Tez bir zamanda vahid əlifba tətbiq edilməlidir”

Hakan Fidandan TƏKLİF: “Tez bir zamanda vahid əlifba tətbiq edilməlidir”

Hazırda oxunan: Hakan Fidandan TƏKLİF: “Tez bir zamanda vahid əlifba tətbiq edilməlidir”

200783

“Hazırkı dünya nizamında nüfuzlu platforma kimi möhkəmlənən TDT çərçivəsində əlaqələri daha da inkişaf etmək üçün yaxşı fürsət yaranıb. Təhsil sahəsində əməkdaşlığın və gənclərlə bağlı layihələrin əhəmiyyətini qeyd edən nazir əlavə edib ki, tez bir zamanda vahid əlifba tətbiq edilməlidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasındakı çıxışında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Türk dünyasının beynəlxalq siyasətin mühüm mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdıran türkiyəli nazir qeyd edib ki, qlobal güclərin rəqabətinin bizim regiona təsirini azaltmaq üçün səyləri birləşdirmək, bütün imkanlardan istifadə edərək birgə rifah naminə fəaliyyət göstərmək lazımdır. 

Onun sözlərinə görə, regional əməkdaşlığın və müştərək çalışmaların iki təməl prinsipi məhz bundan ibarətdir.

Türkiyəli nazir gündəliyin əsas mövzularından olan rəqəmsal texnologiyalar, kommunikasiya, enerji, maliyyə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək üçün lazımi hüquqi bazanın yaradılmasına ehtiyac olduğunu da qeyd edib:  “Regionumuzda yaranan fürsətləri yeni kontekstdə dəyərləndirmək lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO