Bugünkü MİQ imtahanlarına 7218 namizəd çağırılıb

Bugünkü MİQ imtahanlarına 7218 namizəd çağırılıb

Hazırda oxunan: Bugünkü MİQ imtahanlarına 7218 namizəd çağırılıb

200749

Xəbər verdiyimiz kimi, iyulun 6-da müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

Bizim.Media xəbər verir ki, Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzinin məlumatına görə, iyulun 6-da təşkil olunan MİQ imtahanlarına rus dili, rus dili və ədəbiyyatı, biologiya və fiziki tərbiyə fənləri üzrə 7218 namizəd dəvət olunub. Ümumilikdə 84 faiz davamiyyət qeydə alınıb.

MİQ imtahanları iyulun 8-də davam etdiriləcək.
Xatırladaq ki, MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə iyulun 2-dən başlanılıb və iyulun 10-da yekunlaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO