Vulkan kraterindəki göl, Türkiyənin Maldivi və Mars planetindəki OXŞARLIQ – VİDEO

Vulkan kraterindəki göl, Türkiyənin Maldivi və Mars planetindəki OXŞARLIQ – VİDEO

Hazırda oxunan: Vulkan kraterindəki göl, Türkiyənin Maldivi və Mars planetindəki OXŞARLIQ – VİDEO

20072

Salda gölü Türkiyənin cənub qərbində yerləşir. Göl unikal təbiət tapıntısı hesab olunur, çünki sönmüş vulkanın kraterində formalaşıb. 

Bizim.Media xəbər verir ki, “euronews” Salda gölü haqqında reportaj yayımlayıb. Gölün Türkiyə Maldivi olduğu vurğulanan sujetdə Saldadakı bəyaz çimərlik və ətraf peyzaj barədə məlumat verilib.

Amerikanın kosmik agentliyi olan NASA alimləri də bu gölün flora və faunasına xüsusi diqqət ayırır.

Belə ki, göldə aşkarlanan stromatolit adlanan strukturlar Marsdakı tapıntılarla çox bənzəyir. NASA alimləri Qırmızı planetdəki araşdırmalara hazırlıq kimi Türkiyənin Salda gölündə tədqiqatlar aparırlar. 

Geoloq Sərvət Çevninin sözlərinə görə, “NASA missiyasının Marsda eniş etdiyi Ezero krateri Salda gölünə çox bənzəyir. Bu gölün dəyərli olduğunu isbatlayan digər fakt isə odur ki, Salda gölü 3 milyon il ərzində dəyişilməyib”. 

Elmi maraqla yanaşı Salda gölünə turist axını da çoxdur. Bu reallıq isə elm adamlarının xoşuna gəlmir. 

Mars planeti ilə oxşar quruluşa malik Salda gölünün görüntülərini təqdim edirik.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO