“Kənddən Şəhərə” yarmarkası niyə yalnız bir ünvanda təşkil edilir? – RƏSMİ AÇIQLAMA

“Kənddən Şəhərə” yarmarkası niyə yalnız bir ünvanda təşkil edilir? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Kənddən Şəhərə” yarmarkası niyə yalnız bir ünvanda təşkil edilir? – RƏSMİ AÇIQLAMA

200594

6-7 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. Yarmarka 2 gün müddətində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının yanı) ünvanında saat 09:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər burada yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan alıcılar Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana biləcəklər.

Yarmarkada ümumilikdə 20-dək regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Xatırladaq ki, əvvəlki dövrlərdə şəhərin müxtəlif yerlərində belə yarmarkalar təşkil olunurdu. Uzun fasilədən sonra yarmarkanın fəaliyyətinin bərpası təqdir olunsa da, tək bir ünvanda təşkili müəyyən suallar doğurur.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, yarmarkalar fermerlərin iştirakı məsələsi ilə bağlıdır:

“Biz sistemdə qeydiyyatdan keçmiş fermerlərə yarmarkanın təşkili, oraya mal gətirib sata biləcəkləri ilə bağlı məlumat göndəririk. Yarmarkaların həm intensivliyi, həm də bir neçə ünvanda təşkil olunması fermerlərdən gələn geri dönüşlərdən asılı olur. Hələlik yalnız bir ünvanda yarmarka təşkil edəcək qədər fermer var. Əgər yarmarkada məhsul satmaq istəyən fermerlərin sayı artsa, o zaman yeni ünvanlarda “Kənddən Şəhərə” yarmarkalarının təşkili məsələsinə baxıla bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO