ABŞ prezidenti Co Bayden müsahibəsi zamanı çaşıb və özünü qaradərili qadın adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Belə ki, radio aparıcıları ilə söhbəti zamanı o, “qaradərili prezidentlə işləyən ilk qaradərili qadın” olmaqdan qürur duyduğunu deyib. O, Barak Obama administrasiyası dövründə vitse-prezident kimi işini nəzərdə tutub.
Bayden kampaniyasının sözçüsü Ammar Moussa medianı prezidentin səhvinə diqqət yetirdiyinə görə tənqid edib.
Bizim.Media