Şou-biznesdə Damla ləqəbi ilə məşhurlaşan müğənni Məsumə Məmmədovanın İranın Ərdəbil şəhərində konsert verdiyi məkan bağlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Belə ki, sənətçinin şadlıq saraylarından birində məcburi hicab qaydalarına riayət etmədən mahnı oxuyarkən lentə alınan görüntüləri sosial şəbəkədə yayılıb.
Bu da İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.
Ərdəbil prokurorluğu baş verən hadisəni “qanunsuz mərasim keçirmək və qaydaları pozmaq”la əlaqələndirib.
Rəşad Əliyev, Bizim.Media