Ukrayna Yanukoviçin 1,5 milyard dollar pulunu xəzinəyə qaytardı

Ukrayna Yanukoviçin 1,5 milyard dollar pulunu xəzinəyə qaytardı

Hazırda oxunan: Ukrayna Yanukoviçin 1,5 milyard dollar pulunu xəzinəyə qaytardı

19999

Ölkənin keçmiş prezidenti Viktor Yanukoviçə və yaxın ətrafına məxsus olan 1,5 milyard dollar Ukrayna büdcəsinə qaytarılıb. Bu pulun 87 faizi nağd olub.

Bizim.Media xəbər verir ki, məlumatı “Amerikanın səsi” nəşri yayıb.

Mənbə yazır ki, Ukrayna televiziyasında xarici işlər nazirinin müavini Yevgeni Yenin 1,3 milyard dolların nağd və 200 milyon dolların isə qiymətli kağızlar formasında qaytarıldığını bildirib:

“Nəticədə Ukraynanın dövlət borcu 1,5 milyard dollar azalıb. Biz ABŞ ilə ikitərəfli münasibətlər tarixində ilk dəfə olaraq Amerika torpaqlarından 600.000 dolları geri qaytardıq".

Onun sözlərinə görə, Yanukoviç və ətrafı Ukraynanın hər yerindən pul yığaraq əvvəlcə ölkədə “nağdlaşdırıblar”, sonra isə qondarma müəssisələri vasitəsilə beynəlxalq ofşor mərkəzlərinə köçürüblər.

Yenin Yanukoviç və ətrafının keçmiş varidatının geri qaytarılması ilə bağlı işlərin davam etdiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO