Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovla köməkçisi Təranə Əliyevanın cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, baş həkimlə köməkçisi korrupsiya ittihamı üzrə təqsirli biliniblər.
Prokuror Cəlil Nəzərova 12 il 6 ay həbs cəzası tələb etmişdi. Hakimlər keçmiş baş həkimin ağır xəstə olduğunu nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin ediblər.
Hökmə əsasən təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmaqla cəzaları şərti hesab edilib. İstintaq dövründə üzərinə həbs qoyulan Cəlil Nəzərova məxsus, oğlu Xaliq Nəzərovun adına rəsmiləşdirilmiş “Qamo” İstirahət Mərkəzi dövlət nəfinə müsadirə edilib. Masallının Miyankü kəndində yerləşən istirahət mərkəzinin bazar dəyəri 1 milyon manatı aşır.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2021-ci ilin yanvar ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.
Cəlil Nəzərov 675 min manat mənimsəməkdə ittiham olunaraq tutulub. O, 2022-ci ilin 15 noyabr tarixində səhhəti ilə əlaqədar azadlığa buraxılıb.
Cəlil Nəzərovun həbsindən sonra Masallı Rayon Xəstəxanasının baş həkimi kreslosu daha iki dəfə boş qalıb. Belə ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Cəlil Nəzərovdan sonra onun kreslosuna əyləşən baş həkim Eşqin Əliyevi tutublar. O, vətəndaşdan rüşvət alarkən yaxalanıb.
Eşqin Əliyev Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və digər maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib. Eşqin Əliyevdən sonra Masallının baş həkimi vəzifəsinə Rasim Əzizov təyinat alıb.
O da qalmaqallı şəkildə işdən çıxarılıb. Belə ki, sosial şəbəkələrdə və mediada baş həkim Rasim Əzizovun marketlərdən birində oğurluq etməsinin görüntüləri sürətlə yayılıb. Bundan sonra xəstəxananın baş həkimi 2021-ci ilin noyabrında işdən çıxarılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:39 / 01.07.2024
Baş həkimin 1 milyonluq əmlakı MÜSADİRƏ OLUNDU – Özünə şərti cəza verildi
Hazırda oxunan: Baş həkimin 1 milyonluq əmlakı MÜSADİRƏ OLUNDU – Özünə şərti cəza verildi
Hazırda oxunan: Baş həkimin 1 milyonluq əmlakı MÜSADİRƏ OLUNDU – Özünə şərti cəza verildi
199875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.