“Cavan Zeynallı, səni bundan sonra heç kim sevməyəcək. Hamı evini sevəcək. Özünə baxır. Dedim ki, yaxşı bir qulluqçu tap. Gördün ki, o da yaxşı deyil, dəyiş”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva Xalq artisti Cavan Zeynallı ilə qonaq olduğu “Elgizlə izlə” verilişində deyib.
Aktrisa bildirib ki, müğənni ilə evlənmək istəyən xanım onun evinə görə ailə quracaq. C.Zeynallı isə aktrisanın bu sözlərini təsdiqləyib:
“Təmiz, düz söhbətdir. Mən cavan olanda qastrollara gedirdim. Orada mən özümə tək baxırdım, evlənməmişdim. O, mənə həyat verirdi. İndi şiri çıxarmışam, cavan qalmışam, yaxşı etmişəm. Mənim yaxşı psixoloq dostum var. Dedi ki, sən pianoda ifa edəndə ağlayıram. Zəng etdi ki, istəyirsən özünü düzəldəsən, 3 dəfə 15 dəqiqə sevimli mahnılarını ifa et. Tək ol. Bir ay keçdi, gördüm ki, gözlərim açıldı, ayaqlarım möhkəmləndi”.
Rəşad Əliyev, Bizim.Media