Armen Sarkisyanın prezidentliyi də SAXTA ÇIXDI - Cinayət işi açılacaq 

Armen Sarkisyanın prezidentliyi də SAXTA ÇIXDI - Cinayət işi açılacaq 

Hazırda oxunan: Armen Sarkisyanın prezidentliyi də SAXTA ÇIXDI - Cinayət işi açılacaq 

19938

Ermənistan Baş Prokurorluğu prezident Armen Sarkisyanın ikili vətəndaşlıq faktının gizlədilməsi ilə əlaqədar cinayət işi açıb. Bu barədə Ermənistan Vəkillər Palatasının rəhbəri Ara Zöhrabyan Facebook səhifəsində məlumat yayıb.

Bizim.Media xəbər verir ki, informasiyanı “armeniasputnik.am” saytı yayıb.

Mənbə yazır ki, martın 30-da 53 vəkil Ermənistan prezidenti Armen Sarkisyanın ikili vətəndaşlığı olması faktının gizlədilməsi ilə bağlı Xüsusi İstintaq Xidmətinə hesabat təqdim edib. Qarşı tərəf cinayət işi qaldırmaqdan imtina edib. Nəticədə vəkillər bu qərardan apellyasiya şikayəti veriblər.

"Şikayət əsasında Baş Prokurorluq Xüsusi İstintaq Xidmətinin qərarını ləğv edib  və cinayət işi başladıb”, deyə Zöhrabyan yazıb.

Prokurorluğun qərarında qeyd edilib ki, Armen Sarkisyanın Britaniya vətəndaşlığına 2011-ci ildə deyil, daha sonra xitam verilib. Deməli iddiaçıların təxminləri qanuni hesab edilir.

Qeyd edək ki, 53 vəkil mesajında yazıb ki, Armen Sarkisyanın 2003-2012-ci illərdə ən azı 10 il Britaniya vətəndaşlığı olub. O isə 2018-ci ildə Ermənistan qanunlarını aşaraq prezident seçilib.

Konstitusiyaya görə, yalnız altı il Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər.
Bundan əvvəl, Vəkillər Palatasının rəhbəri deyib ki, Sarkisyanın Britaniya vətəndaşlığı 2012-ci ilin noyabrında qüvvədən düşüb. Sarkisyan isə 2018-ci il martın 2-də prezident seçilib.

Konstitusiyaya görə, onun Britaniya pasportu 1 mart 2012-dən gec olmayaraq ləğv edilməli idi.

Vəkillər də bunu əsas götürərək cinayət işi qaldırmaq üçün nəzarət orqanına müraciət ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO