İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bir neçə saat öncə ərazidə nəqliyyatın hərəkəti bərpa olunsa da, İsmayıllı-Lahıc avtomobil yolunun dağlıq ərazidən keçən digər hissəsinə də iri qaya parçaları tökülüb və yol yenidən bağlanıb.
Lahıc qəsəbəsi də daxil olmaqla, İsmayıllının bir neçə kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Bizim.Media,Aran bürosu