Küçələrdə satılan təhlükəli QATIQLAR – AQTA bu məhsulun keyfiyyətinə NƏZARƏT edirmi?

Küçələrdə satılan təhlükəli QATIQLAR – AQTA bu məhsulun keyfiyyətinə NƏZARƏT edirmi?

Hazırda oxunan: Küçələrdə satılan təhlükəli QATIQLAR – AQTA bu məhsulun keyfiyyətinə NƏZARƏT edirmi?

199291

Yol kənarında satılan ağartı məhsullarının təhlükəliliyi məsələsi yenidən aktuallaşıb. Paytaxtın bir sıra bazarlarında, küçələrdə və yol kənarlarında gigiyenik normaya əməl olunmadan satılan süd məhsullarını görmək mümkündür. O məhsullardan biri də qatıqdır.

Vitamin və minerallarla zəngin qida növlərindən sayılan qatığın evdə hansı şəraitdə hazırlanması qaydası da müzakirə doğuracaq məsələlərdəndir.  

Bəs, küçədə satılan qatıqların keyfiyyətinə nə qədər etibar edək? 

Mövzuyla bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, insanlar təsadüfi yerlərdə satılan qatıqlardan uzaq durmalıdır:

“Təəssüf ki, bu gün harada gəldi qatıq satışı həyata keçirilir. Küçələrdə kənd qatığı adı altında satılan bu məhsulla sənaye üsulu ilə istehsal olunmuş qatıqlar arasında fərq var. Birmənalı deyim ki, sənayə üsulu ilə hazırlanmış qatıqlar təhlükəsizdir. 

Lakin bilmədiyimiz şərtlər altında hazırlanan qatıqlarla bağlı eyni fikirləri deyə bilmərəm. İnsanlar mütləq şəkildə markalanmış qatıqlara üz tutmalıdırlar. Bununla yanaşı marketdə satılan məhsulun istehsal tarixinə, hansı tarixə qədər yararlı olduğuna da diqqət etməlidirlər. 
Küçədə satılan qatıqlarda isə bunların heç birinə rast gələ bilmirik. Bir sözlə, insanlar təsadüfi yerlərdə satılan qatıqlardan uzaq durmalıdır. Bu cür qatıqlar insan orqanizmində çirklənmələr, mədə- bağırsaq  problemlərinə gətirib, çıxara bilər”.

Eyyub Hüseynov qatıqla yanaşı küçədə satılan digər süd məhsullarından da uzaq durulmasını məsləhət bilib: 

“Yol kənarında və küçədəki piştaxtalarda satılan süd və süd məhsulları da təhlükəlidir. Saxlanma şəraiti normal olmayan bu məhsullar müxtəlif xəstəliklərə səbəb ola bilər” - deyə Eyyub Hüseynov vurğulayıb. 

Bəs, bu məhsulların keyfiyyətinə nəzarət olunurmu? Həmin məhsulların küçələrdə satışına icazə varmı? 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsək də, günlərdir sorğumuza cavab verən tapılmır. 

Nailə Kərim, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO