44 günlük Qarabağ müharibəsində erməni xalqını barmağına dolayan, onlara cəbhədə baş verənlər barədə nağıllar danışan Artsrun Ovannisyan indi ABŞ-da dincəlir və həyatından zövq alır.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat "Politik.am" saytında yer alıb.
“Bir az əvvəl o, “Facebook”da qapalı “Cigar.am” qrupunda hamıya “sabahınız xeyir” diləyərək bahalı bir siqarla fotoşəkil yayımlayıb.
Maraqlıdır, Ovannisyan özünün oliqarx zövqlərini kimə göstərməyə çalışır? Onun təmsil etdiyi hakimiyyət orqanlarının hərəkətləri nəticəsində minlərlə erməni öldürüldü və heç olmasa bu səbəbdən böyük təmkin nümayiş etdirilməli idi.
Yeri gəlmişkən, müharibədən sonra guya o, Ermənistanda yaşayacağını demişdi, ancaq nədənsə ABŞ-a getdi, medianın yazdığına görə orada bir mənzil də aldı.
Bəzi internet istifadəçiləri Artsrun Ovannisyanın ABŞ-a Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın dəstəyi ilə getdiyini iddia edirlər” deyə qəzet yazır.
Bizim.Media

- A-
- A
- A+
Region
12:15 / 03.05.2021
Erməniləri barmağına dolayan Ovannisyan Anna Akopyanın dəstəyi ilə ABŞ-da dincəlir - FOTOFAKT
Hazırda oxunan: Erməniləri barmağına dolayan Ovannisyan Anna Akopyanın dəstəyi ilə ABŞ-da dincəlir - FOTOFAKT
Hazırda oxunan: Erməniləri barmağına dolayan Ovannisyan Anna Akopyanın dəstəyi ilə ABŞ-da dincəlir - FOTOFAKT
19895
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.