Bakıda həlak olan polis əməkdaşı Mahir Ağayev dəfn olundu - FOTO/VİDEO

Bakıda həlak olan polis əməkdaşı Mahir Ağayev dəfn olundu - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda həlak olan polis əməkdaşı Mahir Ağayev dəfn olundu - FOTO/VİDEO

198767

Bakıda qətlə yetirilən polis əməkdaşı, serjant Mahir Ağayev dəfn olunub. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, polis əməkdaşının nəşi Binə qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Bakıda atışma: 3 polis və 1 mülki vətəndaş qətlə yetirildi


Dəfn mərasimində ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. 

Qeyd edək ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. 

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına əsasən, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını - polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev, Mirəli Heydərovdur.və 1 nəfər mülki vətəndaşı qətlə yetirib. 

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. 
 
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO