Dünyanın ən qədim ulduz xəritəsi tapıldı - 2 min ildir itmişdi

Dünyanın ən qədim ulduz xəritəsi tapıldı - 2 min ildir itmişdi

Hazırda oxunan: Dünyanın ən qədim ulduz xəritəsi tapıldı - 2 min ildir itmişdi

198540

Fransada aparılan yeni bir araşdırma təxminən 2 min ildir yox olan və elm tarixində böyük əhəmiyyət kəsb edən dünyanın ən qədim ulduz xəritəsini üzə çıxarıb.
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, xəritəni eramızın II əsrində yaşamış astronom Hipparx tərtib etmişdir.
 

Bu ulduz xəritəsi tarixdə sabit koordinatlarla səma cisimlərinin düzgün mövqelərini qeyd etmək üçün ilk cəhd hesab olunurdu.
 

Bir sıra tarixi sənədlər kimi bu ulduz cədvəlinin də nüsxələri yazıldıqdan sonra əsrlər ərzində itmişdir. Sənəddəki məlumatlar dövrümüzə yalnız sonrakı əsərlərdəki istinadlar əsasında ötürülmüşdür.
 

Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) professor Viktor Qisemberqin rəhbərlik etdiyi qrupla birlikdə Misirdəki Müqəddəs Yekaterina monastırından orta əsrlərə aid xristian əlyazmasını əldə ediblər. Əlyazmadakı mətnin altında Hipparxın ulduz cədvəlinin müxtəlif fraqmentlərini aşkar edilib.
Tədqiqatın müəllifləri yeni tapıntının bu günə qədər ən etibarlı sübut olduğunu qeyd edib. Alimlər bu kəşfin Hipparxın ulduz xəritəsinin yenidən qurulmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
 

Hipparxın ulduz cədvəlində 800-dən çox ulduzun uzunluq və enliklərini qeyd edilir və onu əvvəlki xəritələrdən fərqləndirir. Köhnəlsə də, tədqiqatçılar onun sonrakı astronomik mətnlərin tərtibində böyük təsiri olduğunu qeyd edirlər.


Yunan astronomu Hipparx haqqında dəqiq məlumatlar mövcud deyil. Onun indiki Türkiyə ərazisi Nicea (İznik) şəhərində doğulduğu və Rodosda vəfat etdiyi bildirilir

 

Aynil

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO