İyunun 8-də keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılıb və səhv sual aşkarlanmayıb.
Bu barədə Bizim.Media-ya Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 449-u məzmun, 632-si texniki məsələ olmaqla, ümumilikdə 1081 apellyasiya müraciəti daxil olub. Test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılıb və səhv sual aşkarlanmayıb.
Apellyasiya müraciətləri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:47 / 22.06.2024
Təkrar sertifikasiya imtahanında səhv sual aşkarlanmayıb - RƏSMİ
Hazırda oxunan: Təkrar sertifikasiya imtahanında səhv sual aşkarlanmayıb - RƏSMİ
Hazırda oxunan: Təkrar sertifikasiya imtahanında səhv sual aşkarlanmayıb - RƏSMİ
198479
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.