“Dəri xərçəngi ilə bağlı müraciətlər çoxalıb” – Dermotoloqdan QORXUNC AÇIQLAMA

“Dəri xərçəngi ilə bağlı müraciətlər çoxalıb” – Dermotoloqdan QORXUNC AÇIQLAMA

Hazırda oxunan: “Dəri xərçəngi ilə bağlı müraciətlər çoxalıb” – Dermotoloqdan QORXUNC AÇIQLAMA

198477

Yay fəslinin aktual mövzularından bir də günəş şüalarından yararlanmaqla yanaşı, onun yaratdığı fəsadlardan qorunmaqdır. Çünki son zamanlar dəri xərçənginin (melanoma) çox yayılması ilə bağlı məluamtlara rast gəlinir. Bəziləri bunu dəriyə mənfi təsir edən günəş şüaları ilə, bəziləri isə dərini qorumaq üçün istifadə edilən kremlərdə görürlər.

Bildiyimiz kimi, dərini yüksək dozalı ultra bənövşəyi şüalardan qorumaq üçün SPF (Sun Protection Factor) kremlər mövcuddur. Onların çeşidləri çoxdur. 
 

MÖVZU İLƏ BAĞLI:

Günəş vannasını necə qəbul etməli? - Həkimdən XƏBƏRDARLIQ


Kremləri seçərkən nəyə diqqət olunmalı və bu kremlərin dəriyə müsbət tərəfi ilə yanaşı mənfi təsiri də varmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan dermatoloq Sevinc Kərimova deyib ki, həddən artıq günəş şüalarına məruz qaldıqda dəridə ciddi fəsadlar yaranır:

“Yay fəslində günəş daha da aktivləşir, havaların isti keçməsi ilə bağlı insanlar açıq geyimlərdən istifadə edirlər. Bu da dərini birbaşa aktiv günəş şüalarının təsirinə məruz qoyur. Ona görə də günəşdən qorunmaq vacibdir. Çünki günəş şüalarında infra qırmızı və ultra bənövşəyi şüalar var. Hansı ki, bunlar dəridə müəyyən ləkələr yarada bilir. Aktiv günəş altında bir neçə saat olduqda günəş şüasından dəridə hətta suluqlara qədər inkişaf edən yanıqlar olur.

Mütəmadi açıq günəş altında olduqda dəri xərçənginin yaranmasını müşahidə edirik. Son illər dəri xərçəngi ilə bağlı müraciətlər həddən artıq çoxdur. Tövsiyə edirəm ki, evdən çıxdıqda mütləq şəkildə dərinizin açıq sahələrinə, üz, sinə, boyun nahiyəsinə mütləq şəkldə günəşdən qoruyucu kremlər istifadə edəsiniz. Bu kremlər dərini müəyyən qədər günəşin mənfi təsirlərindən qoruyur”.

O bildirib ki, qoruyucu krem çəkilsə də, günəşin altında çox vaxt keçirmək olmaz:

“Günəş kremi çəkib, gedib saatlarla günəş altında uzanmaq olmaz. Günəş şüalarını müəyən saatlarda, səhər saat 11-dək və günorta saat 4-dən sonra qəbul etmək lazımdır. İlk dəfə yarım saat, sonra bu zamanı az-az artırmaq olar. O zamana qədər ki dəri özünə piqment yığsın, bir balaca rəngi tündləşsin ki, aktiv günəşdə dəri yanmasın”.

Həkim SPF tərkibli kremlərin dəridə xəstəlik yaratdığının sübut olunmadığını vurğulayıb:

“Qoruyucu kremlərin dəridə bir sıra xəstəliklər yaratdığı barədə neqativ fikirlər var. Əgər SPF kremlər normal istehsalçı tərəfindən istehsal olunubsa, onlarda heç bir problem yoxdur. Bunun dəri xərçəngi və dəridə digər fəsadlar yaratması ilə bağlı məlumatlar elmi təsdiqini tapmayıb. Ola bilər ki, hər hansı kustar üsulla hazırlanan kremlər günəşdən qoruyucu adı ilə satılır, amma ideal, normal hazırlanmış kremlərin dəri xərçəngi yaratmaq riski yoxdur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO