Regionlarda güclü küləyin elektrik enerjisi təsərrüfatına vurduğu ziyan “Azərişıq” tərəfindən aradan qaldırılır.
Bizim.Media xəbər verir ki, sel suları, yağış və güclü küləklə müşahidə edilən hava şəraiti Daşkəsən, Gədəbəy, Ağstafa, Şəmkir, Gəncə və Tovuzda bir neçə ağacın aşaraq elektrik xətlərini sıradan çıxarmasına səbəb olub.
"Azərişıq" ASC-nin əməkdaşları təbiət hadisəsinin yaratdığı fəsadların aradan qaldırılması üçün iyunun 20-si günün ikinci yarısından başlayaraq səhər saatlarına qədər gücləndirilmiş iş rejimində çalışıblar.
Qurumdan bildirilir ki, sözügedən rayonlarda elektrik enerjisinin verilişinin qısa zamanda bərpa edilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Baş vermiş qəzalar tam aradan qaldırılıb.
- A-
- A
- A+
Cəmiyyət
20:52 / 21.06.2024
Küləyin Qərb bölgəsinə vurduğu ziyan ARADAN QALDIRILIR - VİDEO
Hazırda oxunan: Küləyin Qərb bölgəsinə vurduğu ziyan ARADAN QALDIRILIR - VİDEO
Hazırda oxunan: Küləyin Qərb bölgəsinə vurduğu ziyan ARADAN QALDIRILIR - VİDEO
198393
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.