Putin: “Bizim üçün məğlubiyyət Rusiya dövlətinin min illik tarixinin sonu deməkdir” - VİDEO

Putin: “Bizim üçün məğlubiyyət Rusiya dövlətinin min illik tarixinin sonu deməkdir” - VİDEO

Hazırda oxunan: Putin: “Bizim üçün məğlubiyyət Rusiya dövlətinin min illik tarixinin sonu deməkdir” - VİDEO

198244

Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaq təhlükəsini müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidenti Pxenyana səfərinin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı bildirib.

“Bizim üçün bu müharibədə məğlubiyyət Rusiya dövlətinin min illik tarixinin sonu deməkdir. Və sonra sual yaranır: niyə qorxmalıyıq ki, sona qədər getmək daha yaxşı deyilmi?”, - Putin qeyd edib.

Rusiya lideri Vaşinqtonun təzyiqlərindən də danışıb: "Birləşmiş Ştatların tərsliyi və kobudluğu heç zaman onlara fayda verməyib və strateji baxımdan yalnız zərər verib".

Purin Şimali Koreyaya qarşı sanksiyalar barədə danışarkən qeyd edib ki, onlara adi formatda nəzərdən keçirmək mümkün deyil, amma bunun üzərində işləmək lazımdır.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO