“Fransa silahları Azərbaycanla sərhəddə yerləşdiriləcək” - Türkiyəli polkovnikdən SENSASİON AÇIQLAMA 

“Fransa silahları Azərbaycanla sərhəddə yerləşdiriləcək” - Türkiyəli polkovnikdən SENSASİON AÇIQLAMA 

Hazırda oxunan: “Fransa silahları Azərbaycanla sərhəddə yerləşdiriləcək” - Türkiyəli polkovnikdən SENSASİON AÇIQLAMA 

198141

“Qafqaz bölgəsindəki proseslərə baxdıqda görürük ki, Ermənistan silahlanma üçün var gücü ilə çalışır. Bunun əsas səbəblərindən birincisi Azərbaycanın Qarabağ müharibəsindəki zəfəridir.

Bu, Ermənistan üçün dönüş nöqtəsi idi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ehtiyatda olan Jandarma Qərargah polkovniki, hərbi ekspert Abdullah Cüneyt Küsmez deyib.

Fransanın yenidən Ermənistanı silahlandırmasını şərh edən ekspert, bunun uğursuz bir layihə kimi dəyərləndirib:

“44 günlük müharibədə Ermənistan ordusu, hərbi texnikası məhv edildi və bu sistemlərin çox zəif olduğu təsdiqləndi. Ermənilər zəifliklərini aradan qaldırmaq üçün axtarışdadırlar. Bu məqamda Fransa ilə yaxından işbirliyi etməyə çalışırlar. Proseslərə baxdığımız zaman görürük ki, bölgədə hər keçən gün güc itirən bir Ermənistan var.

Onlar öz güc potensiallarını bərpa etdiklərini sərgiləmək üçün Fransa ilə həm diplomatik, həm də hərbi əlaqələr qurmağa başlayıblar. Fransanın da burada özünə görə məqsədləri var. Ermənistan anlamalıdır ki, sözügedən əməkdaşlıq Ermənistan üzərində Fransa basqısı ilə əvəzlənəcək. Çünki bu kimi silahların istifadəsi üçün Fransadan asılı olacaqlar”, - deyə A.C.Küsmez deyib.

Müsahibimiz bildirib ki, proseslərin ümumi mənzərəsi Qərbin və Avropanın Cənubi Qafqaza nüfuz etmək niyyətlərini göstərir:

“Ermənistanın hazırki iqtisadi vəziyyətini nəzərə alsaq, pulların silah alınmasına xərclənməsi prosesin nə qədər uzunmüddətli olmasından xəbər verir. Bununla Azərbaycan qarşısında güclü görünmək istəyi də davamlı olmayan bir addımdır. Ermənistan sərhəd boyu düzəcəyi bu silahların üzərini örtməklə gizlədə bilməz. Bu da gələcək planların uğursuz olacağını deməyə əsas verir.

Ümumilikdə isə Ermənistan hakimiyyətinin məqsədi Qərb dəstəkli bir dövlət qurmaqdır. Ermənistan öz gücü hesabına qüvvətlənməyin mümkün olmadığını anladığı üçün, bunu Qərbin yardımı ilə etmək istəyir. Lakin bütün proseslər Azərbaycanın haqlı davasını uyğunsuz nöqtəyə çəkə bilməyəcək”, - deyə ekspert əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO