Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin iyunun 19-da Vyetnama səfər edib.
Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, Putinin səfəri çərçivəsində Rusiya və Vyetnam arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.
MÖVZU İLƏ BAĞLI:
Putin Şimali Koreyadan sonra Vyetnama getdi – VİDEO
Onların arasında təhsil sahəsində əməkdaşlığa dair sənədlər, Vyetnamda nüvə texnologiyaları mərkəzinin yaradılması qrafikinə dair memorandum yer alıb.
Qeyd edək ki, Putinin Vyetnama səfəri iki gün baş tutacaq. O, bu ölkəyə sonuncu dəfə 2017-ci ilin noyabrında səfər edib.
Bizim.Media