Aprel ayından başlayaraq bazar və dükanlarda qırmızıyanaq şişman çiyələklər satışa çıxarıldı. İndi günbəgün onlar gündəlik rasiyonumuzda öz yerini genişləndirməyə başlayıb.
Amma, qohumda-qonşuda, çevrədə, eləcə də sosial şəbəklərdə çiyələkdən zəhərlənmələrin olduğunu, bu şirin təamın insanlara acılar yaşatdığı söylənilir və yazılır.
Zəhərlənmələr allergiya, ürəkbulanması, ishal və bəzi hallarda qusma halına qədər gedib çıxır. Bəs, çiyələk zəhərlənmələrinə əsasən nə səbəb olur?
Bizim.Media-nın araşdırmasına görə, çiyələk qısa müddətə saxlanıla bilən gilemeyvələrdəndir. Bu qrupa aid olan giləmeyvələr 5 gündən 20 günə qədər saхlanılmalıdır.
MÖVZU İLƏ BAĞLI:
DİQQƏT! Bu qidalar xərçəng yarada bilir – ŞOK SİYAHI
Faydalı və dadlı olan bu giləmeyvədən zəhərlənmələrə səbəb isə becərilmə zamanı onların tez yetişdirilməsi üçün istifadə olunan üsullardır. Belə ki, becərilməsi üçün nitro preparatları işlənir və bu dərmanlar əsasən böyük ölçüdə olan meyvələrə toplanır. Həmin dərmanların zəhərlənmələrə səbəb olması ehtimalı böyükdür.
Market və bazarlara çıxarılan məhsullara isə demək olar ki, hər hansı dövlət qurumu tərəfindən nəzarət edilmir. Ölkədə Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərsə də süni usullara yetişdirilmiş və potensial zəhərlənmə mənbəyi sayıla bilən belə məhsullar yoxlanılmır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə güman edir ki, bazarda satılan böyük ölçülü, “göz oxşayan” çiyələklər genetik modifikasiyaya olunmuş (GMO) məhsullardır:
“Ölkədə GMO analizi edən üç laboratoriya var. Amma təəssüf ki, neçə illərdir ki, bu labaratoriyaların heç olmasa bir dəfə GMO müəyyənləşdirilməsi ilə bağlı açıqlama verməsini eşitməmişik. Azərbaycana çiyələklərin toxum və ştilləri GMO istehsalının geniş yayıldığı İsraildən və Türkiyədən gətirilir. Çiyələklərin yeyişdrilməsində 20-dən çox gübrə istifadə olunur. Onların arasında alaq otları ilə mübarizə aparılması üçün herbisitlər də var.
Bu əsasən dünyada GMO istehsalına görə məşhur olan “Monsanto” şirkətinin herbisitləridir. Əgər herbisit alaq otlarını məhv edir və çiyələyi məhv etmirsə, deməli ciyələk həmin herbisitlərə davamlı yaradılır və onun geninə müdaxilə olunub”.
Eyyub Hüseynov istehlakçılara tövsiyyə edir ki, daha çox kiçik ölçülü və piştaxtada aralarında yarasız hala düşənləri olan çiyələklərə üstünlük versinlər:
“Onlar daha təmiz çiyələklərdir. İstehsalçılar məhsullarının daha böyük və görkəmli olmasına çalışırlar, amma nəzərə almırlar ki, istehlakçıların ziyanlı məhsulları müəyyən etmək üçün lobaratoriyaları yoxdur”.
Bəs, meyvə-tərəvəzin tərkibindən kimyəvi maddələri çıxararaq, onları daha təhlükəsiz etmək olarmı?
Ekspertlər hesab edirlər ki, meyvə-tərəvəzlər istifadə zamanı bir müddət suyun altında saxlanılmalıdır. Duzlu suda saxlanılması isə daha effektiv hesab olunur. Bununla nitratı meyvənin və gilemeyvənin tərkibindən çıxarmaq mümkündür.
Çiyələyi suda saxlamaq mümkün olmadığından adətən suyu südlə əvəz edirlər.
Qidanıza fikir verin, sağlamlığınızı qoruyun!
Fazilə Əsgərova, Bizim.Media