Almaniyanın məşhur “BASF” şirkətinin qurucularının varis Marlen Engelhorna qalan külli miqdarda mirasın bir hissəsi - 25 milyon avrodan daha səmərəli istifadə etmək üçün maraqlı varianta əl atıb. Milyonçu varis 25 milyonu idarə eləmək üçün 50 vətəndaşdan ibarət "Yaxşı Şura"nın yaradılması təşəbbüsü ilə çıxış edib.
Bizim.Media xəbər verir ki, 50 vətəndaşın daxil olduğu "Yenidən Bölüşdürmə üçün Yaxşı Şura" 25 milyon avronun hara xərcləyəcəklərinə dair qərar verəcəklər.
Artıq Şura bəzi qərarlarını açıqlayıb. Beləki, Şuranın qərarına görə mirasdan ətraf mühitin mühafizəsi üçün 1,6 milyon avro xərclənəcək. Solçu analitik mərkəzi olan Momentum İnstitutuna və antiqloballaşma təşkilatı olan “Attac”ın hər birinə bir milyon avro veriləcək.Yaxın günlərdə isə qalan vəsaitin xərclənəcəyi istiqamətlər də elan ediləcək.
Qeyd edək ki, Engelhorn hələ 2021-ci ildə nənəsindən qalan mirasının 90%-ni yenidən bölüşdürmək istədiyini açıqlamışdı.
“Məncə, bu, istək məsələsi deyil, daha çox ədalət məsələsidir. Bu miras üçün heç nə etməmişəm. Bu, sadəcə doğum lotereyasında çıxan şansdır”.
29 yaşlı Marlen həm də varlı varislərə vergi tətbiq etməyi təklif edib.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:23 / 19.06.2024
Milyonçu varis ona qalan pulu xərcləmək üçün yer axtarır
Hazırda oxunan: Milyonçu varis ona qalan pulu xərcləmək üçün yer axtarır
Hazırda oxunan: Milyonçu varis ona qalan pulu xərcləmək üçün yer axtarır
197998
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.