“NATO baş katibinin dəyişdirilməsi alyansın Rusiyaya qarşı siyasətini dəyişməyəcək” - Zaxarova

“NATO baş katibinin dəyişdirilməsi alyansın Rusiyaya qarşı siyasətini dəyişməyəcək” - Zaxarova

Hazırda oxunan: “NATO baş katibinin dəyişdirilməsi alyansın Rusiyaya qarşı siyasətini dəyişməyəcək” - Zaxarova

197973

“NATO baş katibinin dəyişdirilməsi alyansın Rusiyaya qarşı siyasətini dəyişməyəcək”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Sputnik” radiosuna Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, yeni baş katibin dövründə NATO-nun doktrinal sənədləri dəyişməyəcək

O bildirib ki, alyansın baş katibi siyasət aparan şəxs deyil:

“Niderlandın istefaya gedən baş naziri Mark Rutte NATO baş katibi vəzifəsinə təyin olunsa belə, orada qlobal dəyişikliklər olmayacaq. Çünki baş katibin funksiyası ABŞ-da işlənib hazırlanmış siyasəti səsləndirməkdir. NATO baş katibinin fiquru siyasi təsir baxımından nominaldır. O, ənənəvi olaraq ABŞ-ın hərbi-siyasi xadimlərinə rəhbərlik edən müavinləri tərəfindən hər tərəfdən güclü şəkildə əhatə olunub. O, xaricdə nə istehsal olunduğunu, nə göndərildiyini, ilk növbədə ABŞ-ın, yaxud da, Anqlo-Sakson dərin dövlətinin məhsulu olduğunu dilə gətirməlidir.O, siyasət aparan, qərarlara təsir edən fiqur deyil”.

Qeyd edək ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyansın yeni baş katib postuna ən yaxın namizədin Mark Ruttenin olduğunu demişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO