“Kiçik ada dövlətlərinin problemlərinin həlli COP29 gündəliyində duran məsələlərdən olacaq” - PREZİDENT

“Kiçik ada dövlətlərinin problemlərinin həlli COP29 gündəliyində duran məsələlərdən olacaq” - PREZİDENT

Hazırda oxunan: “Kiçik ada dövlətlərinin problemlərinin həlli COP29 gündəliyində duran məsələlərdən olacaq” - PREZİDENT

197954

“İqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına müraciətində bildirilib.

Müraciətdə, həmçinin qeyd olunub ki, bu mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi, nəticəyönümlü dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini təmin etmək və COP29-un uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO