Streslə necə MÜBARİZƏ aparaq? – MÜHÜM TÖVSİYƏLƏR 

Streslə necə MÜBARİZƏ aparaq? – MÜHÜM TÖVSİYƏLƏR 

Hazırda oxunan: Streslə necə MÜBARİZƏ aparaq? – MÜHÜM TÖVSİYƏLƏR 

197922

Stres artıq günlük həyatımızın bir hissəsinə çevrilib. İstər yeniyetmə, istər gənc, istərsə də yaşlı nümayəndələr də müəyyən zaman çərçivəsində özlərini depressiyada hiss edə bilir.  

Hansısa sosial, ailə problemləri və ya iş həyatından dolayı təlaşlı oluruq. Həyatımızda baş verən neqativlər qarşısında çətinlik çəkərək narahat duyğular yaşaya bilirik.  Bütün bunlar isə birbaşa sağlamlığımıza ciddi ziyan vurur. 

Bəs stresdən necə xilas olmaq olar? 

Mövzuyla bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova bildirir ki, adrenalin və kortizol hormonlarının ifrazıyla ortaya çıxan stresi insanlar müxtəlif növ yaşaya bilərlər. 

“Stres insanlarda özünü fərqli cür göstərir. Elə insanlar var ki, onlarda qan təzyiqi aşağı düşür, tərləmə baş verir. Elə insanlar da var ki, stres özünü psixoloji problemlərlə göstərir”.

Stres nə zaman yaranır? 

“Məsələn, yeni işə girərkən, ailə həyatı qurarkən, hərbi xidmətə gedəndə bir sözlə yeni ortamlara düşəndə stresə qarşılaşa bilərik və bunlar çox normal hallardı. Amma bəzən əsəbi olmaqla nəticələnən streslər də var ki, bunlar artıq psixoloji zəifliyin  olduğunu göstərir”, -deyə psixoloq vurğulayıb. 

Gülnar Orucovanın fikrincə, bu gün insanlar stresə düşəndə xilas olmağın yollarını axtarmırlar:

“Müəyyən müddətdən sonra  bədən stresə tab gətirmir və fərqli reaksiyalarla özünü göstərir. Bu da depressiyaya meyil yaradır. Bu gün demək olar ki, bütün yaş aralıqlarında stresə, depresiyaya rast gəlmək mümkündü. Bunlara qarşı gəlmək üçün dözümlü və iradəli olmaq vacibdir. Ümümiyyətlə, insan özünə zaman tanımalıdır ki, beyin və bədən dincəlsin. İnsanlara bəzən tək qalmağı məsləhət görürəm ki, nə istədiklərini anlayıb, ona uyğun hərəkət etsinlər”, - deyə psixoloq qeyd edib. 

Nailə Kərim, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO