Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində meyvə bağlarında məhsullarla yanaşı, meyvə ağaclarını və kolların özünü ayrıca sığortalamaq mümkündür.
Kənd Təsərrüfatı Nazirliyindən Bizim.Media-ya verilən məlumata əsasən, hadisə baş verən zaman fermerə ağacın üç illik məhsulunun qiyməti həcmində ödəniş edilir.
Aqrar sığorta qaydalarına görə, ağac və kolların sığortalanması üçün iki zərf nəzərdə tutulub.
Birinci zərfə dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, üçüncü şəxslərin hərəkətləri kimi risklər aiddir və bu zərf üzrə sığorta tarifi 0,5 faiz təşkil edir. İkinci zərfə isə bitki xəstəlikləri və zərərvericilər, xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri aiddir və bu zərfdə sığorta tarifi 2 faiz təşkil edir.
Qeyd edilib ki, ağac və kolların sığortalanması zamanı sığorta məbləği hesablananda ağacın məhsuldarlığı (kiloqramla) və məhsulun qiyməti nəzərə alınır.
Əlavə məlumatı Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytından əldə edə bilərsiniz.//www.agro.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:55 / 01.05.2021
Azərbaycanda ağacları sığortalamaq mümkün olacaq
Hazırda oxunan: Azərbaycanda ağacları sığortalamaq mümkün olacaq
Hazırda oxunan: Azərbaycanda ağacları sığortalamaq mümkün olacaq
19784
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.